...

Şəmkirdə qəza zamanı xəsarət alanların son vəziyyəti AÇIQLANIB

Cəmiyyət Materials 22 Oktyabr 2024 10:55 (UTC +04:00)
Şəmkirdə qəza zamanı xəsarət alanların son vəziyyəti AÇIQLANIB
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 3 nəfərin vəziyyəti məlum olub.

Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 21.10.2024-cü tarixində saat 22:05-də yol-nəqliyyat hadisəsi səbəbilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə 3 nəfər (2-si qadın cinsli, 1-i kişi cinsli olmaqla) hospitalizasiya edilib.

Məlumata görə, onlardan 1949-cu il təvəllüdlü şəxs (qadın cinsi) sol əlin arxa səthinin cırılmış yarası, döş qəfəsinin küt travması, qabırğaların çox saylı yerdəyişmiş sınığı, pnevmatoks diaqnozu ilə xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Digər 2 nəfər isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Xəbər lenti

Xəbər lenti