...

Orta Dəhliz ekoloji cəhətdən təmiz nəqliyyat marşrutuna çevrilə bilər

Yaşıl iqtisadiyyat Materials 22 Oktyabr 2024 11:02 (UTC +04:00)
Orta Dəhliz ekoloji cəhətdən təmiz nəqliyyat marşrutuna çevrilə bilər
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhliz sıfır tullantılarla ekoloji təmiz nəqliyyat marşrutuna çevrilmək üçün böyük potensiala malikdir.

Trend xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirinin müavini Hayko Şvarts Bakıda keçirilən "Azərbaycanda Dəmiryol Texnologiyalarında İnnovasiyalar: Alman Şirkətləri üçün Tərəfdaşlıqlar və İmkanlar" adlı İnformasiya tədbirində bildirib.

"Azərbaycanın əsas nəqliyyat mərkəzi kimi rolu durmadan artır. Mən 3 il yarım əvvəl Azərbaycana gəldikdə Orta Dəhliz durğun vəziyyətdə idi. Lakin son illərdə baş verən siyasi dəyişikliklər sürətli inkişafı təmin etdi. Bu gün bu marşrut təkcə Çindən Avropaya malların daşınmasını deyil, həm də regional əlavə dəyər zəncirlərinin yaradılmasına töhfə verir. Dəmir yolları və limanlar bu proseslərdə mərkəzi rol oynayır", — Hayko Şvarts bildirib.

O vurğulayıb ki, COP29-a hazırlıqlar fonunda ekoloji dayanıqlıq məsələsi xüsusi əhəmiyyət kəsb edir və Azərbaycan enerji istehsalçısı kimi rolundan əlavə, Orta Dəhlizi sıfır tullantılarla təmin edən "yaşıl" marşruta çevirmək üçün fəal çalışır. Bu, onu qlobal nəqliyyat xətləri arasında unikal edir.

Qeyd edək ki, Orta Dəhliz Çin və Avropa İttifaqı ölkələrinin konteyner dəmir yolu yükdaşıma şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxşaxəli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dənizdəki bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə əlaqələndirir.

Xəbər lenti

Xəbər lenti