Bakı. Trend:
Yağışlı hava şəraiti ilə əlaqədar küçə və prospektlərdə təhlükəsizliyi, o cümlədən nəqliyyatın intensivliyini təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.
Trend xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Bildirilir ki, nasazlıq səbəbindən yollarda qalan avtomobillərin sürücülərinə polis əməkdaşları köməklik göstərərək nəqliyyat vasitələrinin yolun hərəkət hissəsindən çıxarılmasını təmin ediblər.
Aramsız yağan yağışın fəsadlarının aradan qaldırılması üçün paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib, avtomobillər alternativ yollara istiqamətləndirilib.
Həmin istiqamətlər üzrə də sıxlığın yaranmaması üçün yol polisi tərəfindən tənzimləmə işləri tətbiq edilir.