...

Ermənistan sülh müqaviləsinin bağlanmasını əngəlləməkdə davam edir - Ziyafət Əsgərov

Siyasət Materials 22 Oktyabr 2024 11:24 (UTC +04:00)
Ermənistan sülh müqaviləsinin bağlanmasını əngəlləməkdə davam edir - Ziyafət Əsgərov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan sülh müqaviləsinin bağlanmasını əngəlləməkdə davam edir.

Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, sülh müqaviləsinin bağlanması üçün Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları götürülməlidir.

Z.Əsgərov vurğulayıb ki, bu müqavilənin imzalanması üçün Ermənistanda referendum keçirilməlidir.

"Biz müqaviləni Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayırıq. Bu müqavilənin arxasında Ermənistan xalqının siyasi rəyi durmalıdır", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti