...

Milli Məclisdə yeni işçi qrup yaradılıb

İqtisadiyyat Materials 22 Oktyabr 2024 15:20 (UTC +04:00)
Milli Məclisdə yeni işçi qrup yaradılıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisdə yaşıllıqların suvarılmasının araşdırılması ilə bağlı yeni işçi qrup yaradılıb.

Trend xəbər verir ki, bununla bağlı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında qərar verilib.

Komitə sədri Sadiq Qurbanov qeyd edib ki, yeni yaradılan işçi qrup şəhər ərazilərində, yaşayış binalarının qarşısında və s. ərazilərdə yaşıllıqların suvarılması məsələlərini araşdırmalıdır.

Deputat Naqif Həmzəyevin rəhbərlik edəcəyi işçi qrupun tərkibinə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım, komitə üzvləri Rövşən Muradov, Asif Əsgərov və Eyvaz Qurbanov daxil ediliblər.

Xəbər lenti

Xəbər lenti