Bakı. Trend:
Oktyabrın 24-də “Qarabağ”a qarşı Avropa Liqasındakı oyun ərəfəsində “Ayaks”ın hücumçusu Vaut Verhorst diqqət mərkəzinə düşüb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, 32 yaşlı forvard Eredivizidə “Herakles”lə 4:3-lük qələbə ilə başa çatan səfər matçında dubla imza atıb.
Öncəki turda da 1 qol və 1 ötürmə ilə yadda qalan futbolçu artıq komandada 3 debüt matçında 3+1 məhsuldarlığı ilə fərqlənib. Bütün bunları da o, meydana ikinci hissələrdə çıxaraq edib. “Ayaks”da ehtiyatdan çıxdığı oyunlarda belə məhsuldarlığı sonuncu dəfə 2001-2004-cü illərdə komandanın şərəfini qorumuş Zlatan İbrahimoviç edib.