...

Ontario Əyalət Parlamentinin üzvü Azərbaycan Evini ziyarət edib (FOTO)

Cəmiyyət Materials 22 Oktyabr 2024 17:02 (UTC +04:00)
Ontario Əyalət Parlamentinin üzvü Azərbaycan Evini ziyarət edib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Toronto şəhərinin Skarboro-Gildvud (Scarborough-Guildwood) əyalətinə əlavə seçkilərdə Ontario Qanunvericilik Məclisinə seçilmiş, Ontario Liberal Partiyasının üzvü kanadalı siyasətçi Andrea Hazell Kanada Azərbaycan Evinin qonağı olub.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirlib ki, öz uğur hekayəsini Azərbaycan Evinin gəncləri və Kanadaya yeni gələn icma üzvləri ilə bölüşən Andrea Hazel bu ziyarətdən məmnunluq duyduğunu bildirib.

Görüş zamanı Azərbaycan Evinin rəhbəri Lalin Həsənova qonağa evin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, xalqımızın qədim tarixinin, zəngin mədəni irsinin təbliği ilə bağlı həyata keçirilən layihələrdən danışıb. Azərbaycan Evinin nəzdində həftəsonu məktəbinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Andrea Hazellin uğur hekayəsinin gənclərin inkişafında yaxşı bir nümunə olacağını qeyd edib.

Görüşdə həmçinin Ontario qanunvericilik məclisi və Kanada parlamentinin üzvləri ilə əməkdaşlıq əlaqələrindən də danışılıb.

Dəvət üçün təşəkkür edən Andrea Hazell Azərbaycan Evinin fəaliyyətini yüksək qiymətləndirib və icma üzvlərinin suallarını cavablandırıb.

Xəbər lenti

Xəbər lenti