...

Salome Zurabişvilini təxminən bir aya texniki olaraq istefaya göndərəcəyik - İrakli Kobaxidze

Dünya xəbərləri Materials 22 Oktyabr 2024 17:17 (UTC +04:00)
Salome Zurabişvilini təxminən bir aya texniki olaraq istefaya göndərəcəyik - İrakli Kobaxidze
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Salome Zurabişvilini təxminən bir aya texniki olaraq istefaya göndərəcəyik və o, özünün texniki gələcəyini elə buradan, artıq dekabrdan planlaşdıra bilər.

Trend Gürcüstanın Birinci kanalına istinadən xəbər verir ki, bu haqda baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O, Salome Zurabişvilinin gürcü siyasətində tamamilə maraqsız hadisə olduğunu bildirib.

"Salome Zurabişvili gürcü siyasətində tamamilə maraqsız hadisədir, onun heç bir reytinqi, mövqeləri yoxdur və bir aya, impiçment qaydası ilə vəzifəsini tərk edəcək, bundan irəli gələrək, onun hərəkətləri bizim nöqteyi-nəzərimizdən maraqsızdır" – İrakli Kobaxidze bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti