...

IMF Azərbaycanda 2024-2025-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

İqtisadiyyat Materials 22 Oktyabr 2024 18:01 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (IMF) 2024-cü ildə Azərbaycanda orta illik inflyasiyanı 2,1%, 2025-ci ildə 4,8%, 2029-cu ildə isə 4% səviyyəsində proqnozlaşdırır.

Trend xəbər verir ki, bu, “World Economic Outlook” hesabatının oktyabr sayında öz əksini tapıb.

Məlumata görə, aprel ayında IMF Azərbaycanda inflyasiyanı 2024-cü ildə 3,5%, 2025-ci ildə isə 5% səviyyəsində proqnozlaşdırırdı. 2029-cu il üçün proqnoz 4% səviyyəsində saxlanılıb.

Bildirilir ki, Yaxın Şərq və Mərkəzi Asiya regionu üçün inflyasiyanın 2024-cü ildə 12,7%, 2025-ci ildə 9,3% olacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti