...

Qərb Gürcüstanı öz siyasətinin girovuna çevirmək istəyir - ŞƏRH

Siyasət Materials 22 Oktyabr 2024 15:59 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan Qərb üçün Mərkəzi Asiyaya darvaza rolunu oynayır. Bu darvazını əlində saxlamaq üçün əllərindən gələni edirlər. Demokratik haqların müdafiəsi adı altında bu işləri yürüdürlər.

Bunu Trend-in suallarını cavablayarkən politoloq İlqar Vəlizadə deyib.

O qeyd edib ki, təkcə Gürcüstan yox, eyni zamanda, digər Cənubi Qafqaz ölkələri Qərbin hədəfindədir.

"İllər boyunca Azərbaycana qarşı addımlar atıb, öz siyasətlərini yürütməyə cəhd edirdilər. Sadəcə olaraq Azərbaycan beynəlxalq münasibətlərin subyekti olduğunu dəfələrlə təsdiq etmişdi və xaricdən olan müdaxilələri müvəffəqiyyətlə dəf edib. Ona görə Azərbaycanla bu cür oyunlar alınmayıb.

Yenə də deyirəm ki, müxtəlif dövrlərdə belə cəhdlər olub. O cümlədən, bizim daxili siyasi səhnəmizə qarışmaq cəhdləri olub və indi də təəssüflər olsun ki, davam edir. Amma heç bir nəticə vermir, çünki Azərbaycan bu təhdidlərə davamlıdır.

Hazırda Ermənistanın siyasi səhnəsi, daxili siyasi səhnəsi, demək olar ki, Qərbin əlindədir. Bax, elə həmin ssenari də Gürcüstana tətbiq olunur, ancaq Gürcüstan hakimiyyəti kifayət qədər uzaqgörən davranıb və bir neçə ay bundan qabaq qanun qəbul edib ki, bu qanun Qərbin qrantlarının ölkədə yayılması ilə bağlı məhdudiyyətlər qoyur ki, bu da qrant təşkilatlarına istədikləri siyasəti yürütməyə imkan vermir.

Gürcüstan Qərb üçün Mərkəzi Asiyaya darvaza rolunu oynayır. Bu darvazını əlində saxlamaq üçün əllərindən gələni edirlər. Demokratik haqların müdafiəsi adı altında bu işləri yürüdürlər. Məqsəd Ermənistanda olduğu kimi, Gürcüstanda da loyal hakimiyyətin gətirilməsi və Cənubi Qafqazda prosesləri özlərinin idarə edə biləcəyi səviyəyə gətirib çıxarmaqdır.

Qərbin əsas məqsədi Cənubi Qafqazda öz mövqeyini möhkəmləndirməkdir. Amma Gürcüstan hakimiyyəti başa düşür ki, bu siyasətin axırı olmayacaq, bununla Gürcüstan Qərbin siyasətinin girovuna çevrilə bilər. Buna görə də müqavimət göstərirlər", - deyə İ.Vəlizadə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti