...

Almaniya səfiri Rusiya XİN-ə çağırıldı

Dünya xəbərləri Materials 22 Oktyabr 2024 19:58 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu addım ölkənin şərqində NATO dəniz komandanlığı qərargahının yaradılması ilə bilavasitə bağlıdır.

“NATO-nun hərbi infrastrukturunun Almaniya ərazisinə genişləndirilməsi Rusiya höküməti tərəfindən cavabsız qalmayacaq”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Xəbər lenti

Xəbər lenti