Bakı. Trend:
Oktyabrın 22-si saat 21 radələrində Göyçay rayonu ərazisində 1985-ci il təvəllüdlü Asif Eminovun almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Trend-ə Göyçay rayon prokurorluğundan bildirilib.
Araşdırmalarla 1987-ci il təvəllüdlü Xəyal Mənsimovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Asif Eminovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Xəyal Mənsimov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
XXX
22:10
Oktyabrın 22-də saat 21 radələrində Göyçay rayonunun Potu kəndi ərazisində 1985-ci il təvəllüdlü Eminov Asif İxtiyar oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 37 yaşlı Mənsimov Xəyal Alik oğlu könüllü olaraq polisə təslim olub.
Araşdırma aparılır.