...

Vüqar Mustafayev Türkiyənin milli müdafiə naziri ilə görüşüb (FOTO)

Siyasət Materials 22 Oktyabr 2024 22:08 (UTC +04:00)
Vüqar Mustafayev Türkiyənin milli müdafiə naziri ilə görüşüb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 22-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Türkiyənin İstanbul şəhərində keçirilən “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi çərçivəsində Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb.

Trend Müdafiə Sənayesi Nazirliyinə istinadla xəbər verir ki, görüşdə iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, hərbi-texniki sahədə də yüksək səviyyədə əməkdaşlıq əlaqələrinin qurulduğu, bu əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyi vurğulanıb.

Danışıqlar zamanı Azərbaycanın müasir müdafiə sənayesinin inkişafı istiqamətində görülən işlər və uğurlu nəticələr haqqında fikir mübadiləsi aparılıb.

Tərəflər faydalı müzakirələrin baş tutduğu görüşün əhəmiyyətini yüksək qiymətləndiriblər.

Xəbər lenti

Xəbər lenti