...

Almaniyada “Mpox” virusunun yeni variantı aşkar edilib

Dünya xəbərləri Materials 23 Oktyabr 2024 10:21 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada meymunçiçəyi (Mpox) virusunun yeni variantı ilk dəfə aşkar edilib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Robert Koç İnstitutu (RKI) məlumat yayıb.

Məlumata əsasən, bir şəxsin xaricdə meymunçiçəyi virusunun yeni variantı olan “Klad-1”ə yoluxub.

RKI hal-hazırda Almaniyada “Klad-1”virusundan qaynaqlanan ciddi risk gözləmədiyini, lakin vəziyyəti çox diqqətlə izlədiyini qeyd edib.

Qeyd edək ki, “Klad-2b” variantı 2022-ci ilin may ayından etibarən Almaniyada qeydə alınmışdı. İsveç, Afrika xaricində “Klad-1” variantına rast gəlinən ilk ölkə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti