Bakı. Trend:
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatında ilk medalçılar bəlli olub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, 3 yunan-Roma güləşçimiz medal uğrunda yarışıb.
Azərbaycan güləşçiləri ilk medalı qazanıblar.
U-23 dünya çempionatı
Yunan-Roma güləşi
60 kq
Yarımfinalda uduzan Nihat Quluzadə bürünc uğrunda rumıniyalı Denis
Florin Mihai ilə qarşılaşıb. Güləşçimiz 9:0 hesabı ilə qələbə
qazanaraq, fəxri kürsüdə yer alıb.
67 kq
Fərid Xəlilov ilk təsəlliverici görüşdə albaniyalı Daniel Dayaniyə
tam üstünlüklə (8:0), ikinci təsəlliverici görüşdə isə yaponiyalı
Haruto Yabeyə 6:4 hesabıyla qalib gələrək bürünc medal uğrunda
görüşə vəsiqə qazandı. Fərid bürünc medal uğrunda polşalı Arslanbek
Salimova uduzaraq (4:8), çempionatı medalsız başa vurub.
82 kq
Finala gedən yolda məğlub olan Elmin Əliyev medal görüşündə Data
Çxaidze ilə qarşılaşıb. Mübarizə rəqibin 9:1 hesablı qələbəsi ilə
başa çatıb.
Qeyd edək ki, dünya çempionatına oktyabrın 27-də yekun vurulacaq.