...

Bakıda Mikromaliyyə Konfransı keçirilib (FOTO) (ƏLAVƏ EDİLİB)

İqtisadiyyat Materials 23 Oktyabr 2024 09:35 (UTC +04:00)
Bakıda Mikromaliyyə Konfransı keçirilib (FOTO) (ƏLAVƏ EDİLİB)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Azərbaycan Mikromaliyyə Konfransı keçirilib.

Trend xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Toğrul Əliyev Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Mikromaliyyə konfransında çıxış edib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı hazırda bank olmayan kredit təşkilatları üçün prudensial tənzimləmə normalarının yenilənməsi üzərində çalışır.

"Mikromaliyyələşdirmə modelinin formalaşdırılması bu sektorda fəaliyyət göstərən institutlara əlavə maliyyə xidmətləri göstərilməsi üçün imkanların yaradılmasını, eləcə də onların rəqabət qabiliyyətinin artırılmasını nəzərdə tutur. Şübhəsiz ki, bu təşəbbüslərin əsas məqsədi ölkəmizdə mikro və kiçik sahibkarlığın inkişafıdır. Qeyd olunduğu kimi, Mərkəzi Bank rəqəmsal texnologiyaların tətbiqi məsələlərinə də diqqət yetirir. Rəqəmsal texnologiyaların mikromaliyyələşdirmə sektorunda, həmçinin ümumilikdə maliyyə sektorunda tətbiqi bizim strategiyamıza daxil edilmişdir. Biz informasiya təhlükəsizliyinin təmin olunmasına və kibertəhlükəsizlik problemlərinin adekvat idarə edilməsinə xüsusi önəm veririk. Bu baxımdan rəqəmsal maliyyə təşəbbüsləri, xüsusi tənzimləmələr, açıq bankçılıq, rəqəmsal identifikasiya və kibertəhlükəsizlik təşəbbüslərini əhatə edən ayrıca fəaliyyət planı strategiyamıza daxil edilib", - o bildirib.

Daha sonra Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Mikromaliyyə konfransında qeyd edib ki, son 2 il ərzində Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 3,2 milyard manatdan çox güzəştli kredit verib.

"2022-ci ildən bu günə qədər Sahibkarlığın İnkişafı Fondu 50 mindən çox müraciət əsasında 3,2 milyard manatdan çox güzəştli kredit verib. Hazırda fond 40 müvəkkil kredit təşkilatı ilə əməkdaşlıq edir. Gələcək illərdə daha çox subyektə güzəştli kreditlərin daha səmərəli və sürətli şəkildə verilməsi, eləcə də mikromaliyyə təşkilatları da daxil olmaqla, daha çox səlahiyyətli kredit təşkilatları ilə əməkdaşlığın dərinləşdirilməsi planlaşdırılır. Bu istiqamətdə Fond bir sıra təkmilləşdirmələr həyata keçirib. 2021-ci ildən etibarən tələb olunan sənədlərin sayı minimuma endirilib. Həmçinin Fond 200 min manata qədər kreditlər üçün biznes plan təqdim etmə tələbinin ləğv olunduğunu elan edib", - O.Xalıyev qeyd edib.

Öz növbəsində Azərbaycan Mərkəzi Bankının (AMB) Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin şöbə rəisi Xəyyam İsmayılov Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Mikromaliyyə konfransında deyib ki, 2025-ci ilin sonuna qədər Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) aktivləri 2 dəfə artacaq.

"2025-ci ilin sonuna qədər BOKT-ların aktivləri 2 dəfə artacaq. Məqsəd bu təşkilatların aktivlərinin bir milyard manatı keçməsidir. Bu artım həmin təşkilatların mənfəət əldə etməsi və yeni iştirakçıların bazara daxil olması ilə əlaqədardır. Bundan əlavə, BOKT-ların şəbəkələri də genişlənir. Mikromaliyyələşdirmə sektorunda filialların sayı 302-yə çatıb. Banklardan fərqli olaraq, BOKT-ların regionlarda genişlənməsi daha müsbət xarakter daşıyır. Sektorun əməkdaşlarının sayı 3 500 nəfərə, müştəri sayı isə 700 minə çatıb", - o vurğulayıb.

Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə yeni ölkə direktoru Sunniya Durrani-Camalı isə Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Mikromaliyyə konfransında bildirib ki, Asiya İnkişaf Bankı (AİB) yeni maliyyə məhsulları təqdim edib. 2010-cu ildən etibarən AİB geniş mikromaliyyələşdirmə proqramı başlatmış, təxminən 2,3 milyard dollar həcmində kreditlərə dəstək vermiş və 1,2 milyard dollar həcmində kofinansmanı cəlb etmişdir.

"Aztəminatlı və həssas icmalara maliyyə daxilolmaları, eləcə də kiçik və orta müəssisələr üçün maliyyəyə çıxış AİB-nin iş yerlərinin yaradılması, gəlirlərin artırılması və yoxsulluğun azalması strategiyasının mühüm bir hissəsidir.

2010-cu ildən AİB geniş mikromaliyyələşdirmə proqramı başlatmış, təxminən 1,8 milyard dollar həcmində kreditlərə dəstək vermiş və 881 milyon dollar həcmində birgə maliyyələşdirmə cəlb etmişdir. Biz 10 milyondan çox müştəriyə mikrokreditlər təqdim etmişik. Qeyd edək ki, müştərilərimizin 98 faizi qadınlardır", - o qeyd edib.

Konfrans ğz işini başa çatdırıb.

Xəbər lenti

Xəbər lenti