...

İsrail ordusu “Hizbullah”ın icra şurasının rəhbərinin öldürüldüyünü təsdiqləyib

Dünya xəbərləri Materials 23 Oktyabr 2024 02:08 (UTC +04:00)

Bakı. Trend:

İsrail ordusu “Hizbullah” təşkilatının icra şurasının rəhbəri Haşem Safiuddinin öldürüldüyünü rəsmən elan edib.

Trend xəbər verir ki, o, hərəkatın sabiq lideri Həsən Nəsrullahın öldürülməsindən sonra baş katib postuna əsas namizəd hesab edilirdi.

Safiuddin oktyabrın 3-də Beyrutdakı Dahiya bölgəsində bunkerə endirilən zərbə zamanı öldürülüb. Xilasedicilər dağıntıları təmizləyərkən Safiuddinin rəhbərlik etdiyi toplantıda iştirak etmiş “Hizbullah”ın 23 üzvünün meyitini dağıntılar altından çıxarıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti