Bakı. Trend:
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Araz Talıbovu saxlayıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, onun yaşadığı ünvandan iki kiloqramdan artıq marixuana, kəndin çöllük ərazisindən isə sonuncu tərəfindən kültivasiya edilərək yetişdirilmiş çətənə kolları aşkarlanıb.
Faktla bağlı araşdırmalar aparılır.