Bakı. Trend:
Hər ilin oktyabr ayı bütün dünyada süd vəzi xərçəngi ilə
mübarizə tədbirləri ilə yadda qalır. Ümumdünya Səhiyyə Təşkilatının
son məlumatlarında qeyd olunub ki, süd vəzi xərçəngi qadınlar
arasında ən çox yayılmış xərçəng növüdür. Hər il dünyada təxminən
2.3 milyon yeni süd vəzi xərçəngi hadisəsi qeydə alınır.
Statistikaya görə hər 8 qadından 1-i süd vəzi xərçənginə tutulma
riski daşıyır. Bu risk bir sıra faktorlarla, o cümlədən yaş, ailə
tarixi, hormonal faktorlar və həyat tərzi ilə artır.
Daim əməkdaşlarının sağlamlığını düşünən Yelo Bank bu önəmli
məsələyə diqqət çəkmək və dəstək olmaq üçün Liv Bona Dea Hospital
ilə birlikdə "Süd Vəzi Xərçəngi Maarifləndirmə Günü"nü təşkil edib.
Seminar zamanı peşəkar onkoloq dəyərli məlumatlar paylaşıb və erkən
müayinənin vacibliyini bir daha xatırladıb.
Qeyd edək ki, Yelo Bank əməkdaşlarının həm sağlamlığını, həm də
mənəvi istirahətini nəzərə alaraq bir sıra layihələrə imza atıb.
Cari ilin əvvəlindən Bank daxilində əməkdaşlar üçün ödənişsiz göz,
D vitamini, gizli şəkər, qalxanabənzər vəz və digər müayinələr
həyata keçirilib. Həmçinin, tanınmış tibb nümayəndələrinin iştirakı
ilə sağlamlıq sessiyaları və müntəzəm yoqa dərsləri də təşkil
edilir.
Bank xidmətləri (https://www.yelo.az/az/about-bank/career/)
haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook,
Instagram ,
Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!