...

2025-ci ilin sonuna qədər Azərbaycanda BOKT-ların aktivlərinin artacağı proqnozlaşdırılır

İqtisadiyyat Materials 23 Oktyabr 2024 11:59 (UTC +04:00)
2025-ci ilin sonuna qədər Azərbaycanda BOKT-ların aktivlərinin artacağı proqnozlaşdırılır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin sonuna qədər Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) aktivləri 2 dəfə artacaq.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin şöbə rəisi Xəyyam İsmayılov Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Mikromaliyyə konfransında bildirib.

"2025-ci ilin sonuna qədər BOKT-ların aktivləri 2 dəfə artacaq. Məqsəd bu təşkilatların aktivlərinin bir milyard manatı keçməsidir", - o vurğulayıb.

Onun sözlərinə görə, BOKT-ların kapitalı 482 milyon manata çatıb.

"Bu artım həmin təşkilatların mənfəət əldə etməsi və yeni iştirakçıların bazara daxil olması ilə əlaqədardır. Bundan əlavə, BOKT-ların şəbəkələri də genişlənir. Mikromaliyyələşdirmə sektorunda filialların sayı 302-yə çatıb. Banklardan fərqli olaraq, BOKT-ların regionlarda genişlənməsi daha müsbət xarakter daşıyır. Sektorun əməkdaşlarının sayı 3 500 nəfərə, müştəri sayı isə 700 minə çatıb", - X.İsmayılov qeyd edib.

Xəbər lenti

Xəbər lenti