...

AMB distant kreditləşməni tənzimləməyi planlaşdırır

İqtisadiyyat Materials 23 Oktyabr 2024 11:49 (UTC +04:00)
AMB distant kreditləşməni tənzimləməyi planlaşdırır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə distant kreditləşməni tənzimləməyi planlaşdırır.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin şöbə rəisi Xəyyam İsmayılov Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Mikromaliyyə konfransında bildirib.

"Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə distant kreditləşməni tənzimləməyi planlaşdırır. Bu istiqamətdə beynəlxalq təcrübəni öyrənir və yerli prioritetləri nəzərə alaraq distant kreditləşmənin ümumi şərtlərini müəyyən edəcək. Əsas məqsəd istehlakçıların hüquqlarının qorunması və onların həddindən artıq borc yükünə düşməsinin qarşısını almaqdır", - o qeyd edib.

Onun sözlərinə görə, bank olmayan kredit təşkilatlarına (BOKT) aid qanunvericilikdəki dəyişikliklər çərçivəsində pul köçürmələri və BOKT-da hesab açmadan valyuta mübadiləsi aparmaq imkanları da nəzərdən keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti