Bakı. Trend:
Azərbaycanda dəmir yollarında üz tanıma sistemi ilə ödəniş tətbiq ediləcək.
Trend xəbər verir ki, bunu “AzInTelecom” MMC-nin məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Mikromaliyyə konfransında bildirib.
"Azərbaycan Dəmir Yolları' QSC ilə əməkdaşlıq çərçivəsində bu inteqrasiyanın həyata keçirilməsi planlaşdırılır", - o bildirib.