...

Sığorta bazarına xarici brokerlərin daha çox cəlbi ölkə iqtisadiyyatına nə vəd edir?

İqtisadiyyat Materials 23 Oktyabr 2024 12:27 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) xarici ölkəyə məxsus daha 5 şirkəti xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib. Bununla da Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 92-yə çatıb. Bəs Sığorta bazarına xarici brokerlərin daha çox cəlbi ölkə iqtisadiyyatına nə vəd edir?

Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, müvafiq reyestrə daxil edilən xarici brokerlər Azərbaycanda fəaliyyət göstərən sığortaçıların sığorta risklərinin beynəlxalq təkrarsığorta bazarında yerləşdirilməsi prosesinə vasitəçilik edirlər.

Tənzimləyici qurumdan qeyd olunub ki, sığorta risklərinin təkrarsığortaya ötürülməsi müvafiq qanunvericilik, o cümlədən AMB-nin bu sahədə Qaydaları ilə tənzimlənir.

“Xarici brokerlərin bu prosedə vasitəçiliyi yerli sığortaçıların xarici təkrarsığortaçılardan prudensial tələblər çərçivəsində daha əlverişli şərtlərlə təkrarsığorta proqramlarının əldə etmələri baxımından vacib rol oynayır”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edilən yeni şirkətlər Birləşmiş Krallığa məxsus “Howden Reinsurance Brokers Limited” və “Volante International Limited”, Qazaxıstana məxsus “MOI Insurance Broker”, Lüksemburqa məxsus “Howden Insurance Brokers Limited” və Almaniyaya məxsus “Kuhn & Bülow Versicherungsmakler GmbH"dir. Bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 92-yə çatıb.Buna qədər isə bu say 87-yə bərabər idi.

Əlavə edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsinə əsasən sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici sığorta brokerlərinin, onların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin, aktuarilərin, habelə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müvafiq müstəqil ekspertlərin reyestrini aparır.

Xarici sığortaçı öz ölkəsinin qanunlarına əsasən sığorta fəaliyyətini həyata keçirmək hüququ olan xarici hüquqi şəxsdir.

Xarici təkrarsığortaçı öz ölkəsinin qanunlarına əsasən təkrarsığorta fəaliyyətini həyata keçirmək hüququ olan xarici hüquqi şəxsdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti