...

PwC Azərbaycan və tərəfdaşlar ESG hesabatlılığına dair məlumatlılığın artırılması məqsədilə yüksək səviyyəli seminarlar təşkil edib (FOTO)

İqtisadiyyat Materials 23 Oktyabr 2024 13:36 (UTC +04:00)
PwC Azərbaycan və tərəfdaşlar ESG hesabatlılığına dair məlumatlılığın artırılması məqsədilə yüksək səviyyəli seminarlar təşkil edib (FOTO)

Bakı. Trend:

PwC Azərbaycan şirkəti AmCham və COP29 ilə əməkdaşlıq çərçivəsində 21 və 22 oktyabr tarixlərində “ESG hesabatlarının oxunması və başa düşülməsi” mövzusunda yüksək səviyyəli seminarlar təşkil edib. Bu seminarların məqsədi Azərbaycanda biznes üçün Ətraf Mühit, Sosial və İdarəetmə (ESG) hesabatlarının əhəmiyyəti haqqında məlumatlılığı artırmaq olub. Tədbir media nümayəndələrini, biznes liderlərini və akademikləri bir araya gətirərək ESG standartları və onların biznesə təsiri mövzusunda müzakirələr aparıb.

Azərbaycan vahid ESG platformasını yaratmağa doğru irəlilədikcə, PwC Azərbaycan beynəlxalq ESG standartlarına uyğunlaşmaq üçün biznesləri maarifləndirməkdə və hazırlamaqda mühüm rol oynayır. Tədbirlərdə şəffaflıq, korporativ məsuliyyət və biznesin ekoloji problemlərin həllində və sosial tərəqqinin irəliləməsində rolu vurğulanıb.

Seminarlarda PwC Azərbaycan, Coca-Cola, Harvard Business Review, COP29, AmCham və digər maraqlı tərəflərin nümayəndələri tərəfindən qiymətli fikirlər səsləndirilib. Müzakirələr ESG hesabatlılığına dair praktik yanaşmalar və qlobal davamlılıq meyllərinə uyğunlaşmağın vacibliyi üzərində qurulub.

PwC mütəxəssisləri, audit üzrə baş menecerlər Günay Əsgərova və Sevinj Ələkpərova ESG hesabatlarının texniki aspektləri və tərtibi haqqında təqdimatlar ediblər. Hüquqi və ESG xidmətləri üzrə baş menecer Leyla Sadıxova COP və qlobal trendlərə uyğun olaraq Azərbaycanda ESG mədəniyyəti və son yenilikləri ilə bağlı ümumi məlumat verib.

Xəbər lenti

Xəbər lenti