...

Ötən il sərnişinlərin dəmir yolu ilə daşınması elektrik enerjisi hesabına həyata keçirilib - Rövşən Rüstəmov

İqtisadiyyat Materials 23 Oktyabr 2024 13:40 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dəmir yolu dayanıqlığının birinci və ən mühüm aspekti emissiyaların azaldılması və enerji səmərəliliyidir. Dəmir yolu nəqliyyatı qlobal karbon qazı emissiyasının sadəcə 1%-ni təşkil edir və buna görə də digər nəqliyyat növləri ilə müqayisədə daha effektivdir.

Trend xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Gələcək üçün dayanıqlı nəqliyyat” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Azərbaycanda ümumi enerji istehlakının 1,12%-i dəmir yolu nəqliyyatının payına düşür və bu sahədə istilik effekti yaradan qazların emissiyası 0,5%-dən az təşkil edir:

“Məqsədimiz karbon emissiyalarından tam azad, yəni karbon neytral dəmir yolu nəqliyyat sistemini qurmaqdır. 2023-cü ildə sərnişinlərin 100 faizinin, yüklərin isə 80 faizinin daşınması elektrik enerjisi hesabına həyata keçirilib", - deyə sədr bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti