...

ABŞ-Azərbaycan əlaqələri Cənubi Qafqazda sülhün təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır - Azər Qarayev

Siyasət Materials 23 Oktyabr 2024 10:52 (UTC +04:00)
ABŞ-Azərbaycan əlaqələri Cənubi Qafqazda sülhün təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır - Azər Qarayev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə göndərdiyi məktubda iki əsas istiqamət diqqət çəkir.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.

A.Qarayev qeyd edib ki, ABŞ-Azərbaycan əlaqələri Cənubi Qafqazda sülhün təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

“Məktubda Bayden, ABŞ-nin Azərbaycanla enerji təhlükəsizliyi, regional sabitlik və iqtisadi əməkdaşlıq sahəsində əlaqələrini yüksək qiymətləndirdi və Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini vurğuladı. Bu, Azərbaycanın qlobal enerji bazarlarında sabit və etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.

Məktubun digər mühüm aspekti Ermənistan-Azərbaycan münasibətlərinə aiddir. Bayden münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulasa da, reallıqda Ermənistanın sülh prosesinə qarşı göstərdiyi müqavimət göz ardı edilə bilməz”, - o əlavə edib.

Politoloq vurğulayıb ki, Ermənistan tərəfi bir çox hallarda əldə olunmuş razılaşmalara əməl etməməsi və prosesləri pozması ilə diqqət çəkir.

“Bu, son dövrlərdə Ermənistanın beynəlxalq razılaşmalardan geri çəkilməsi və atəşkəsin pozulması kimi hadisələrdə özünü göstərir.

Azərbaycanın sülh istiqamətində atdığı konstruktiv addımların qarşısında Ermənistanın təxribatçı hərəkətləri və sülh müqaviləsinin izmalanmasını uzatmaq cəhdləri, bölgədə sabitliyi pozmağa çalışan aktlar kimi qiymətləndirilir. Ermənistan tərəfi tez-tez razılaşmaları pozur, bu isə sülh prosesinə zərbə vurur və bölgədə davamlı sülhün əldə edilməsini çətinləşdirir”, - A. Qarayev deyib.

Politoloq onu da əlavə edib ki, Azərbaycan isə, beynəlxalq hüquq çərçivəsində öz mövqeyini qoruyaraq, sülhə nail olmaq üçün davamlı səylər göstərir.

Xəbər lenti

Xəbər lenti