Bakı. Trend:
Azərbaycanda növbəti sürət qatarı Bakı-Balakən-Bakı istiqamətində bu ilin sonunda və ya gələn ilin əvvəlində istifadəyə veriləcək.
Trend xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu istiqamətdə hazırlıq işləri aparılır.
Qeyd edək ki, Azərbaycan dəmir yollarının ümumi uzunluğu 2 957,73 kilometr, istismar uzunluğu 2 137,34 kilometr, onun 807,39 kilometri qoşa yolludur.
ADY hazırda Bakı-Pirşağı-Sumqayıt, Bakı-Xırdalan-Sumqayıt, Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı istiqamətlərində sərnişin daşıyır.