...

Baş Prokurordan yeni TƏYİNATLAR: Gəncənin və digər iki rayonun prokuroru dəyişib

Cəmiyyət Materials 23 Oktyabr 2024 11:50 (UTC +04:00)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Rauf Gözəlov Gəncə şəhər prokuroru vəzifəsinə təyin edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilir ki, Rauf Gözəlov bu təyinata qədər Qazax rayon рrоkuroru vəzifəsində çalışıb.

Baş prokurorun digər müvafiq əmri ilə Azad Qarayev Lənkəran rayon prokuroru vəzifəsinə təyin edilib. Azad Qarayev bu təyinata qədər Gəncə şəhər prokuroru vəzifəsində çalışıb.

Həmçinin, Kamran Əliyevin digər müvafiq əmrinə əsasən Rövşən Əliyev Qazax rayon prokuroru vəzifəsinə təyin edilib.

Rövşən Əliyev bu təyinata qədər Bakı şəhər prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti