...

Əgər hiperaktivlik və diqqət əskikliyi diaqnozu varsa, uşağa kompleks yanaşma lazımdır - Psixoloq

Cəmiyyət Materials 23 Oktyabr 2024 15:33 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əgər hiperaktivlik və diqqət əskikliyi diaqnozu varsa, uşağa kompleks yanaşma lazımdır.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram səhifəsində Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının psixoloqu İlahə Dadaşova açıqlayıb.

Onun sözlərinə görə, bu neyropsixoloji problem olduğundan öncə nevroloq müayinəsi, daha sonra psixoloji korreksiya mütləqdir:

“Əgər korreksiya oluna bilməyən davranış pozuntusu olarsa, bu zaman da uşaq psixiatrının müayinəsi mütləqdir. Psixoloq müayinəsi və diqqət əksikliyi hiperaktivlik pozuntu korreksiyası üçün proqramlardan da istifadə olunur. Bu zaman diqqət cəmləyici oyunlar, texnikalar, yazı vasitələri və ev tapşırıqları istifadə olunur. Bəzən bu diaqnozlarda davranış pozuntuları da özünü göstərir”.

İ.Dadaşova bildirib ki, bu zaman davranış pozuntularını psixoloji korreksiya etmək olmursa, bu zaman uşağa psixiatrın müayinəsi lazim olur.

Xəbər lenti

Xəbər lenti