...

İran BRICS-ə üzv ölkələrin iqtisadi məlumatlarının qiymətləndirilməsini təklif edir

Dünya xəbərləri Materials 23 Oktyabr 2024 17:19 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran BRICS-ə üzv ölkələrin iqtisadi məlumatlarının toplanması və qiymətləndirilməsini təklif edir.

Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün Rusiyanın Kazan şəhərində BRICS-ə üzv dövlətlərin geniş tərkibdə keçirilən sammitində deyib.

Onun sözlərinə görə, üzv dövlətlər arasında investisiya və ticarət həcminin artırılması böyük əhəmiyyət kəsb edir. İnvestisiya və ticarət həcminin artırılması ilə əlaqədar verilən qərarların uğurlu olub-olmaması illik olaraq qiymətləndirilə və diqqət mərkəzində saxlanıla bilər.

Pezeşkian bildirib ki, BRICS-ə üzv hər bir ölkə digər üzvlərin inkişafını öz inkişafı hesab edə və qarşılıqlı əməkdaşlıq və sağlam rəqabət üzv ölkələr arasında əsas mehvər kimi dəyərləndirilə bilər.

“İran siyasətdən və geosiyasi gərginlikdən uzaq olaraq BRICS-in dünyanın iqtisadi strukturunda islahatların aparılması və iqtisadi inkişaf üçün alternativ fürsətlərin yaradılmasında öz səylərini göstərəcəkdir”, - deyə o qeyd edib.

Qeyd edək ki, BRİCS 2006-cı ildə yaradılmış hökumətlərarası təşkilatdır. Rusiya 2024-cü il yanvarın 1-dən BRİCS-ə sədrliyi qəbul edib. Hazırda Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da təşkilatın üzvüdür.

Xəbər lenti

Xəbər lenti