...

Hyustonda azərbaycanlı dirijorun rəhbərliyi ilə “Şelkunçik” baleti səhnələşdiriləcək (FOTO)

Cəmiyyət Materials 23 Oktyabr 2024 15:44 (UTC +04:00)
Hyustonda azərbaycanlı dirijorun rəhbərliyi ilə “Şelkunçik” baleti səhnələşdiriləcək (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin 7-8 dekabr tarixində ABŞ-nin Texas ştatının Hyuston şəhərində azərbaycanlı dirijor Təranə Teylorun rəhbərlik etdiyi yeni Hyuston Repertuar Balet Orkestrinin (HRB) müşayiəti ilə dahi rus bəstəkarı Pyotr Çaykovskinin “Şelkunçik” baleti nümayiş olunacaq.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki. baletdə əsas rolları Amerika Balet Teatrının tanınmış solistləri Li Fleytoks (Léa Fleytoux) və Ceyk Roksander (Jake Roxander) ifa edəcək.

Təranə Teylorun dirijorluğu ilə “Şelkunçik” baletinin ilk təqdimatı 2023-cü ildə nümayiş olunub və Texas ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

Qeyd edilib ki, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının məzunu olan Təranə Teylor solo, vokal, instrumental, kamera, orkestr, teatr və balet musiqisində böyük təcrübəyə malik pianoçudur. O, rəhbərlik etdiyi orkestri yaradana qədər 7 il ərzində Hyuston Repertuar Balet Orkestrində (HRB) pianoçu kimi fəaliyyət göstərib. Orkestrin üzvləri ABŞ-nin və dünyanın müxtəlif ölkələrinin səhnələrində çıxış edən tanınmış musiqiçilərdir. Soydaşımız Təranə Teylorun 2024-cü ildə yaratdığı Texas Musiqi klubunun 15 tələbəsi ABŞ üzrə keçirilmiş “All State Music Festival” festivalında iştirak edib, yüksək nəticələr göstərərək mükafatlar alıblar.

Xəbər lenti

Xəbər lenti