...

Prezident İlham Əliyevin Kazanda Yeni İnkişaf Bankının prezidenti ilə görüşü olub (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 23 Oktyabr 2024 17:30 (UTC +04:00)
Prezident İlham Əliyevin Kazanda Yeni İnkişaf Bankının prezidenti ilə görüşü olub (FOTO) (YENİLƏNİB)
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Kazan. Trend:

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda BRICS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşü olub.

Trend xəbər verir ki, Dilma Russeff Azərbaycanda COP29-un keçirilməsini xüsusi qeyd edərək, bu tədbirdə iştirak edəcəyini məmnunluqla vurğuladı. O, iqlim maliyyələşməsi mövzularının beynəlxalq maliyyə institutlarının diqqət mərkəzində olduğunu dedi və bu nöqteyi-nəzərdən Bakıda keçiriləcək COP29-un önəminə toxundu.

Söhbət zamanı qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanları müzakirə edildi.

Xəbər yenilənəcək

Xəbər lenti

Xəbər lenti