...

Prezident İlham Əliyevin təyyarəsini Kazana enərkən hərbi helikopterlər müşayiət edib (VİDEO)

Siyasət Materials 23 Oktyabr 2024 16:24 (UTC +04:00)
Prezident İlham Əliyevin təyyarəsini Kazana enərkən hərbi helikopterlər müşayiət edib (VİDEO)
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Kazan. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlər müşayiət edib.

Trend xəbər verir ki, Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfərə gəlib.

Kazan Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov qarşıladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti