Bakı. Trend:
İran BRICS-ə üzv dövlətlər arasında məhsulların asan şəkildə alqı-satqısı üçün müştərək elektron ticarət platformasının yaradılmasını istəyir.
Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian 23 oktyabrda Rusiyanın Kazan şəhərində BRICS-ə üzv dövlətlərin geniş tərkibdə keçirilən sammitində deyib.
Onun sözlərinə görə, bu platforma vasitəsilə üzv dövlətlərin beynəlxalq bazarlardan asılılığı azala bilər.
Pezeşkian əlavə edib ki, BRICS-ə üzv dövlətlərin milli valyutalarına əsasən, beynəlxalq mobil ödəniş sistemlərinin yaradılması və inkişaf etdirilməsi, süni intellektdən istifadə edərək, sənaye və iqtisadi zonalarda smart nəqliyyat sistemlərinin yaradılması məhsulların daşınması və çatdırılmasındakı gecikmələrin azalmasına kömək edəcək.
Qeyd edək ki, BRİCS 2006-cı ildə yaradılmış hökumətlərarası təşkilatdır. Rusiya 2024-cü il yanvarın 1-dən BRİKS-ə sədrliyi qəbul edib. Hazırda Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da təşkilatın üzvüdür.