...

BRİCS ölkələri öz investisiya platformalarını yaratmalıdırlar – Putin

Dünya xəbərləri Materials 23 Oktyabr 2024 15:15 (UTC +04:00)
BRİCS ölkələri öz investisiya platformalarını yaratmalıdırlar – Putin
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BRİCS ölkələri öz investisiya platformalarını yaratmalıdırlar ki, bu da ölkələrin iqtisadi potensialını maksimum dərəcədə reallaşdırmağa və qlobal iqtisadi artımın üstünlüklərindən yararlanmağa imkan verəcək.

Trend xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kazanda keçirilən BRİCS sammitində çıxışı zamanı bildirib.

"Bu baxımdan BRİCS ölkələri üçün yeni bir investisiya platformasının yaradılmasını təklif edirik. Bu platforma iqtisadiyyatlarımızın dəstəklənməsi üçün güclü bir vasitə olmalı və qlobal Cənub və Şərq ölkələrini maliyyə resursları ilə təmin etməlidir", - o qeyd edib.

Bundan əlavə, Rusiya Prezidenti BRİCS taxıl birjasının yaradılmasının məhsul və xammal üzrə ədalətli və proqnozlaşdırıla bilən qiymət göstəricilərinin formalaşdırılmasına töhfə verəcəyini bildirib.

O, həmçinin, BRİCS taxıl birjasının tamhüquqlu əmtəə birjasına çevrilməsinin vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti