...

Qazaxıstan prezidenti BRİCS sammitində iştirak etmək üçün Kazana gedib

Dünya xəbərləri Materials 23 Oktyabr 2024 18:19 (UTC +04:00)
Qazaxıstan prezidenti BRİCS sammitində iştirak etmək üçün Kazana gedib
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BRİCS dövlət başçılarının XVI Sammitində iştirak etmək üçün Kazana işgüzar səfərə gedib.

Trend-in prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər zamanı Tokayev bir sıra ikitərəfli görüşlər keçirəcək, həmçinin, BRİCS-in "outreach"/"BRICS+" formatında plenar iclasında çıxış edəcək.

Qeyd edək ki, oktyabrın 22-də Kazanda XVI BRİCS sammiti başlayıb. Sammit iki hissədən ibarətdir. Birincisi, 2024-cü ildə Rusiyanın BRICS-ə sədrliyinin devizi olan "Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin möhkəmləndirilməsi" mövzusuna həsr olunmuş təşkilata üzv ölkələrin iclasıdır. İkinci hissə "BRICS plus/outrıch" formatında iclasdır, mövzusu "BRICS və qlobal Cənub – daha yaxşı bir dünyanın birgə inşası" olacaq.

Xəbər lenti

Xəbər lenti