Bakı. Trend:
Livan “Hizbullah”ı bu təşkilatın lideri Həsən Nəsrullahın yerinə seçilmiş Haşim Səfiyəddinin öldüyünü təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə “Hizbullah” bəyanat yayıb.
Bəyanata əsasən, Nəsrullahın əmisi oğlu Haşim Səfiyəddinin cəsədi bu gün dağıntılar altından çıxarılıb.
Qeyd edək ki, 27 sentyabrda İsrailin Livanın Cənubi Dahiyə məntəqəsinə hücumu nəticəsində “Hizbullah”ın baş katibi Şeyx Həsən Nəsrullah ölüb.