...

BRICS-lə bank sektorunda sıx əməkdaşlıq etməyə hazırıq – İran prezidenti

Dünya xəbərləri Materials 23 Oktyabr 2024 16:19 (UTC +04:00)
BRICS-lə bank sektorunda sıx əməkdaşlıq etməyə hazırıq – İran prezidenti
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran BRICS-in qurumlarından biri hesab olunan Yeni İnkişaf Bankının (NDB) güclənməsini və yeni üzvlərin qəbul olunması ilə ölkələrin infrastrukturlarının inkişaf etdirilməsi istiqamətində addım atılmasını istəyir.

Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün Rusiyanın Kazan şəhərində keçirilən BRICS-ə üzv ölkələrin dövlət başçılarının sammitindəki çıxışında deyib.

Onun sözlərinə görə, İran iqtisadi və ticarət əlaqələrində bu bankla sıx əməkdaşlıq etməyə hazırdır.

Pezeşkian bildirib ki, hazırda dünya BRICS-i milli valyutalarla ticarət mübadiləsinin aparılmasına səy göstərən tərəf kimi tanıyır. Kriptovalyutaların istifadəyə verilməsi və ondan istifadə olunması, eləcə də, yeni maliyə mexanizmlərindən istifadə BRICS-in əsas məqsədləri sırasına daxildir.

İran prezidenti qeyd edib ki, illər öncə sanksiyalar tətbiq olunan ölkələrin sayı çox az sayda idi. Hazırda isə milyonlarla insan iqtisadi embarqolar nəticəsində müxtəlif problemlərlə üzləşiblər. BRICS iqtisadi embarqolara qarşı olduğunu dəfələrlə elan edib. Gələcəkdə heç bir ölkənin başqa ölkələrə embarqo tətbiq etməməsi üçün praktiki addımlar atıla bilər.

Qeyd edək ki, BRİCS 2006-cı ildə yaradılmış hökumətlərarası təşkilatdır. Rusiya 2024-cü il yanvarın 1-dən BRİCS-ə sədrliyi qəbul edib. Hazırda Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da təşkilatın üzvüdür.

Xəbər lenti

Xəbər lenti