...

“Cüzdan” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verildi

İqtisadiyyat Materials 23 Oktyabr 2024 15:42 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Cüzdan” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verilib.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir.

"Bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə “Cüzdan” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.

Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir.

Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır", - qurumdan qeyd edilib.

Xəbər lenti

Xəbər lenti