...

BRICS iqlim dəyişikliyinə qarşı mübarizədə əsas oyunçudur - Braziliya Prezidenti

Dünya xəbərləri Materials 23 Oktyabr 2024 15:30 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

BRİCS iqlim dəyişikliyi ilə mübarizədə əsas oyunçulardan biridir.

Trend xəbər verir ki, bunu Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva Kazanda keçirilən BRİCS sammitində çıxışı zamanı bildirib.

"Şübhəsiz ki, ən böyük məsuliyyət yüksək gəlirli ölkələrin üzərinə düşür, çünki onların emissiya tarixi bizi bu gün qarşılaşdığımız iqlim böhranına gətirib çıxarıb. Biz illik vəd edilən, lakin yerinə yetirilməyən 100 milyard dollardan kənara çıxmalı və öhdəliklərin yerinə yetirilməsinə nəzarət mexanizmlərini gücləndirməliyik. Elmi məlumatlar bu məsələnin yüksək aktuallığını göstərir. Bizim yalnız bir planetimiz var və onun gələcəyi kollektiv addımlarımızdan asılıdır", - o vurğulayıb.

O, inkişaf edən ölkələrin də qlobal temperaturun 1,5 dərəcə ilə məhdudlaşdırılmasına töhfə verməli olduqlarını qeyd edib.

"COP30 zamanı Belendə biz birlikdə nümayiş etdirəcəyik ki, milli səviyyədə müəyyən edilmiş daha iddialı töhfələri ümumi, lakin fərqli məsuliyyət prinsipi ilə birləşdirmək mümkündür. Braziliyanın BRİCS-ə sədrliyi dövründə biz bloku çoxqütblü dünya və ölkələr arasında daha az asimmetrik münasibətlərin təşviq etmək missiyasını təsdiqləmək istəyirik", - prezident əlavə edib.

Xəbər lenti

Xəbər lenti