...

Ankarada terror hücumu - 3 ölü, 14 yaralı (ƏLAVƏ EDİLİB) (VİDEO)

Dünya xəbərləri Materials 23 Oktyabr 2024 19:02 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə TUSAŞ (Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı) obyektlərinə terror hücumu zamanı 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya məlumat yayıb.

xxx

18:22

Türkiyədə TUSAŞ (Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı) obyektlərinə terror hücumu təşkil edən üç nəfərdən ikisi zərərsizləşdirilib.

Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Ölkənin Səhiyyə Nazirliyi yaralıların Yenimahalle Təhsil və Araşdırma Xəstəxanasına, Bilkənd və Etlik şəhər xəstəxanalarına yerləşdirildiyini açıqlayıb.

xxx

17:23

Türkiyədə TUSAŞ (Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı) obyektlərinə terror hücumu olub.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya məlumat yayıb.

"Türk Aviasiya və Kosmos Sənayesi A.Ş.-nin (TUSAŞ) Ankara Kahramankazan obyektlərinə qarşı terror hücumu həyata keçirilib. Hücum nəticəsində, təəssüf ki, şəhidlərimiz və yaralılarımız var," - nazir qeyd edib.

Hadisə yerinə çox sayda xüsusi təyinatlı polis və tibbi yardım heyəti cəlb edilib. İlk partlayışdan sonra silah səsləri eşidilib.

Məlumata görə, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışmalar davam edir və girovların olduğu bildirilir.

Təhlükəsizlik səbəbindən işçi heyətin sığınacaqlara yönləndirildiyi qeyd olunub.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti