...

İlin sonunadək BRİCS-in dünya iqtisadiyyatındakı payı G7-nin payını keçəcək - Putin

Dünya xəbərləri Materials 23 Oktyabr 2024 15:55 (UTC +04:00)
İlin sonunadək BRİCS-in dünya iqtisadiyyatındakı payı G7-nin payını keçəcək - Putin
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin sonunda dünya iqtisadiyyatında alıcılıq qabiliyyəti pariteti baxımından BRİCS ölkələrinin payı 36,7 faiz təşkil edəcək ki, bu da G7 ölkələrinin payını üstələyir.

Trend xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin BRİCS sammitinin geniş tərkibdə iclasında çıxışı zamanı deyib.

"BRİCS ölkələrinin əksəriyyətində perspektivdə sürətlənmiş inkişaf tempi gözlənilir", - deyə V.Putin bildirib.

O, 2024-2025-ci illərdə BRİCS ölkələrinin iqtisadiyyatlarının orta artımının ilkin hesablamalara görə 3,8 faiz olacağını qeyd edib.

"2024-cü ilin sonunda alıcılıq qabiliyyəti pariteti baxımından BRİCS ölkələrinin payı 36,7 faiz təşkil edəcək ki, bu da G7-nin payını inamla üstələyir, onların payı 30 faiz təşkil edəcək", - deyə V.Putin qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti