...

Prezident İlham Əliyev Rusiyaya səfərə gəlib (FOTO)

Siyasət Materials 23 Oktyabr 2024 12:12 (UTC +04:00)
Prezident İlham Əliyev Rusiyaya səfərə gəlib (FOTO)
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Kazan. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfərə gəlib.

Trend xəbər verir ki, dövlətimizin başçısının təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlər müşayiət edib.

Kazan Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov qarşıladı.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti