...

Abşeronda oğurluq və dələduzluq əməlləri törədən 6 nəfər saxlanılıb

Hadisə Materials 23 Oktyabr 2024 10:35 (UTC +04:00)
Abşeronda oğurluq və dələduzluq əməlləri törədən 6 nəfər saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Polis əməkdaşları Abşeron rayonu ərazisində oğurluq və dələduzluq əməlləri törədən 6 nəfəri saxlayıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Masazır qəsəbəsi ərazisində bir evdən 2900 ABŞ dolları və 500 manat pul, bir mağazadan pul, mobil telefon, 300 manat dəyərində geyim əşyaları və sənədlər, 3 nəfərdən isə mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - 31 yaşlı M.Həsənov, 38 yaşlı E.Teymurov, 30 yaşlı Ə.Əliyev, 27 yaşlı E.Rəhimli və 47 yaşlı Z.İsmayılov saxlanılıb.

Digər əməliyyat tədbiri ilə bir nəfərin 190 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı Ç.Hacıyev müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti