...

Sahibkarlığın İnkişafı Fondu verdiyi güzəştli kreditlərin məbləğini açıqlayıb

İqtisadiyyat Materials 23 Oktyabr 2024 10:54 (UTC +04:00)
Sahibkarlığın İnkişafı Fondu verdiyi güzəştli kreditlərin məbləğini açıqlayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bu günə qədər Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 3,2 milyard manatdan çox güzəştli kredit verib.

Trend xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Mikromaliyyə konfransında bildirib.

"Bu günə qədər Sahibkarlığın İnkişafı Fondu 50 mindən çox müraciət əsasında 3,2 milyard manatdan çox güzəştli kredit verib. Hazırda fond 40 müvəkkil kredit təşkilatı ilə əməkdaşlıq edir. Gələcək illərdə daha çox subyektə güzəştli kreditlərin daha səmərəli və sürətli şəkildə verilməsi, eləcə də mikromaliyyə təşkilatları da daxil olmaqla, daha çox səlahiyyətli kredit təşkilatları ilə əməkdaşlığın dərinləşdirilməsi planlaşdırılır. Bu istiqamətdə Fond bir sıra təkmilləşdirmələr həyata keçirib. 2021-ci ildən etibarən tələb olunan sənədlərin sayı minimuma endirilib. Həmçinin Fond 200 min manata qədər kreditlər üçün biznes plan təqdim etmə tələbinin ləğv olunduğunu elan edib", - O.Xalıyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti