...

Azərbaycanda binaların girişlərində “SİMA Access” sistemindən istifadə olunacaq

İqtisadiyyat Materials 23 Oktyabr 2024 13:50 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Hal-hazırda binaların girişlərində istifadə olunması üçün “SİMA Access” sisteminin tətbiqi üzrə işlər aparılır.

Trend xəbər verir ki, bunu “AzInTelecom” MMC-nin məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Mikromaliyyə konfransında bildirib.

"Binaların girişlərində istifadə üçün SİMA Access sisteminin tətbiqi üzrə işlər aparılır. Testlər müsbət nəticələnərsə, gələn ildən “SİMA Access”in yerli bazarda satışına başlayacağıq", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti