...

Balakənin iki kəndinin beton bəndləri təmir olunacaq

İqtisadiyyat Materials 23 Oktyabr 2024 14:05 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Balakən rayonunun iki kəndinin sel və daşqınlardan mühafizəsi üçün beton bəndlər təmir olunacaq.

Trend dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı Balakən Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi hazırlıqlara başlayıb.

Belə ki, Balakənçay çayının sol sahilində yerləşən Beçağarbinə kəndini və Katexçay çayının sağ sahilində yerləşən Katex kəndini mühafizə edən daş-beton mühafizə bəndlərinin əsaslı təmiri işləri həyata keçiriləcək.

Balakən Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi Beçağarbinə kəndində sözügedən işlərin icrasını “TNN” Qapalı Səhmdar Cəmiyyətinə, Katex kəndində isə görüləcək işləri “AZAM GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti həvalə edib və birincisi ilə dəyəri 224.999,44 manat, ikincisi ilə isə dəyəri 295.647,82 manat olan müqavilə imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti