...

Horadiz-Ağbənd istiqamətində dəmir yolu çəkilir - Rövşən Rüstəmov

Cəmiyyət Materials 23 Oktyabr 2024 14:18 (UTC +04:00)
Horadiz-Ağbənd istiqamətində dəmir yolu çəkilir - Rövşən Rüstəmov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan MR dəmir yolunun yenidən qurulmasın üçün tam layihə sənədləri hazırlanır.

Trend xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, dəmir yolu artıq Horadiz-Ağbənd istiqamətinə doğru sürətlə çəkilir.

Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin uzunluğu 110.4 km, yan yollarla birlikdə 140.6 km-dir. Dəmiryol xətti üzrə 8 stansiya, 3 ədəd tunel, 47 ədəd körpü, 5 ədəd yolötürücü, 7 ədəd avtomobil alt keçidi, müxtəlif olçüdə qalereyalar və istinad divarları layihələndirilib.

Eyni zamanda 110.4 km elektrik təchizatı, rabitə və işarəvermə sistemləri layihələndirilib. Bu layihə çərçivəsində ilk dəfə olaraq 771 m uzunluğunda Azərbaycanın ən uzun dəmiryol körpüsü və uzunluğu 1072 m olan tuneli layihələndirilib. Naxçıvanla birbaşa nəqliyyat bağlantısı təmin edəcək Horadiz-Ağbənd dəmir yolu həm daxili, həm də beynəlxalq daşımaların potensialını əhəmiyyətli dərəcədə artıracaq.

Xəbər lenti

Xəbər lenti