...

"Xızı-Abşeron" Külək Elektriki Stansiyasının pərləri Bakıya gətirilib

İqtisadiyyat Materials 23 Oktyabr 2024 14:29 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Xızı-Abşeron" Külək Elektriki Stansiyasının pərləri Bakıya gətirilib.

Bu barədə Trend-ə Energetika Nazirliyindən bildirilib.

"ACWA Power" şirkəti tərəfindən Azərbaycanda inşa edilən "Xızı-Abşeron" Külək Elektriki Stansiyasının pərləri Bakıya gətirilib", - deyə nazirlikdən qeyd edilib.

Qeyd edək ki, "Xızı-Abşeron" külək elektrik stansiyası 240 meqavatt gücündə olacaq və Azərbaycanın ilk, Qafqaz bölgəsinin isə ən böyük külək enerji stansiyası olacaq. Stansiya illik 893 geqavatt-saat təmiz enerji istehsal edəcək və karbon emissiyalarını illik 400 000 tondan çox azaldacaq. 25 il müddətinə "tikinti-sahiblik-istismar" (BOO - Build – Own – Operate) prinsipi ilə fəaliyyət göstərəcək və “ACWA Power” tərəfindən idarə ediləcək.

Stansiya iki məkanda - Abşeron rayonunun Zona-1 və Xızı rayonunun Xızı-3 ərazilərində inşa ediləcək, 37 külək turbini optimal külək yığımını nəzərə alaraq yerləşdiriləcək. Layihə Azərbaycanın iqtisadiyyatın diversifikasiyası və enerji sisteminin modernləşdirilməsi məqsədlərini dəstəkləyir və qeyri-neft sektoruna xarici sərmayələrin artırılmasına töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti