...

Artıq dəmir yolu Ağbənd istiqamətinə doğru sürətlə çəkilir - ADY sədri

Cəmiyyət Materials 23 Oktyabr 2024 14:10 (UTC +04:00)
Artıq dəmir yolu Ağbənd istiqamətinə doğru sürətlə çəkilir - ADY sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:
İrana baş tutan səfərimizin əsas məğzi Ağbənd-Salam Məlik istiqamətində həyata keçiriləcək dəmir yolu xətti layihəsi ilə bağlı idi.

Trend xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov “Gələcək üçün dayanıqlı nəqliyyat” tədbirində bildirib.

O qeyd edib ki, artıq dəmir yolu Ağbənd istiqamətinə doğru sürətlə çəkilir: “Növbəti mərhələ olaraq Naxçıvan MR dəmir yolunun yenidən qurulmasın üçün tam layihə sənədləri hazırlanır. İranlı həmkarlarlmızla aparılan danışıqlarda isə, İran tərəfdən keçəcək dəmiryol xəttinin marşrutu bir daha müzakirə olundu.

Ən uyğun və optimal marşrut demək olar ki, razılaşdırılıb, körpülərin yerləri və dəmir yol xəttinin keçəcəyi marşrut üzərində son danışıqlar aparılır”.

Xəbər lenti

Xəbər lenti